Putindən müharibə əmri
Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların 2015-ci il hərbi toplanışlarına çağrılması barədə fərmana imza atıb.
ANS PRESS-in məlumatına görə, sənəd bu gün dərc edilərək qüvvəyə minib. Sənəd ehtiyatda olan hərbi qulluqçuların Rusiya silahlı qüvvələrində və Rusiya daxili qoşunlarında, dövlət mühafizə və federal təhlükəsizlik orqanlarında iki ay toplanış xidməti keçməsini nəzərdə tutur.
Bu cür toplanışlar hər il keçirilir. 2014-cü ildə o, iyulda keçirilib.
Bir sıra ekspertlərin fikrincə, bu düşərgə toplanışları plan üzrə olsa da, dünyada baş verən proseslərlə və Ukrayna hadisələri ilə də bağlı ola bilər. Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov da belə düşünür. "Düşərgə toplanışlarının məhz indi çağrılması dünyadakı indiki gərginliklə, konkret olaraq isə Ukraynadakı vəziyyətlə əlaqədar ola bilər",- deyə Sivkov vurğulayıb.
Mənbə:> ANSPRESS