Putindən qəfil göstəriş
Rusiya prezidenti Vladimir Putin gözlənilən qərar verib.
ANS PRESS-in Kremlin saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində hərbi təlimlərə cəlb olunmuş bütün hərbçilərin daimi dislokasiya yerlərinə qaytarılmasına dair göstəriş verib. Söhbət ümumilikdə 17600 Rusiya hərbçisindən gedir.
Putin rusiyalı qoşunların Ukrayna sərhədindən geri çağrılmasına dair qərarı ölkənin müdafiə naziri Serqey Şoyqu ilə görüşündən sonra verib.
Rusiya prezidentinin bu qərarı onun ukraynalı həmkarı Pyotr Poroşenko ilə gələn həftə İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan görüşü ərəfəsinə təsadüf edib.
Mənbə:> ANSPRESS