Putinin sözü təhrif olunub?
Rusiya Federasiyası prezidenti Vladimir Putinin "İki həftə ərzində Kiyevi götürərəm" sözləri başqa mənaya malik olub.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov İtaliyanın "La Respublika" qəzetinə müsahibə verərkən bildirib.
Qəzet Avropa Komissiyasının başçısı Joze Manuel Barrozunun Avropa şurasının iclasında Rusiya lideriylə telefon söhbəti haqqında sitatını gətirib.
Barrozu Putindən soruşub ki, rus qoşunları Ukrayna ilə sərhədi nə vaxt keçib? O isə cavabında təhdidlərə keçib: "Bu əslində problem deyil. Əgər mən istəsəm, iki həftə ərzində Kiyevi götürərəm", - deyə Rusiya Federasiyası prezidenti Vladimir Putin bildirib.
Uşakovun sözlərinə görə, Avropa Komissiyasının sədrinin telefon danışıqlarının detallarının yayılması nəzakətsizlikdir və diplomatikadan kənara çıxmaqdır.
"Bu sözlər deyilib və ya yox, mənim fikrimcə, bu sitat kontekstdən çıxarılıb və tamamilə başqa mənaya malik olub", - deyə Uşakov vurğulayıb.
Kremlin nümayəndəsi növbəti dəfə Ukrayna ərazisinə Rusiya qoşunlarının daxil olması haqqında xəbərləri təkzib edib.
Mənbə:> ANSPRESS