Putin Hindistana niyə gedir?
Rusiya ilə Hindistan hərbi əməkdaşlıqla bağlı razılıq sazişi imzalayacaq.
ANS PRESS-in məlumatına görə, Rusiyanın Hindistandakı fövqəladə səfiri Aleksandr Kadakin belə deyib.
O bildirib ki, Moskva və Dehlinin Vladimir Putinin Hindistana səfərinin gedişatında imzalayacaqları sazişlər iki ölkənin hərbi sferada əməkdaşlığının möhkəmlənməsinə yönələcək.
Rusiyanın Hindistandakı səfiri Sputnik-ə müsahibəsində, "Hərbi sferada mühüm razılıqlarlar və bizim birgə əməkdaşlığımızla bağlı sənədlərə imza atılacaq. Bu bütünlüklə Hindistanın baş naziri Modinin dediyi "Hindistanda istehsal edilib" çağırışına cavab verəcək" - deyib.
Onun sözlərinə görə, Rusiya bu çağırışa artıq uzun illərdir əməl edir. "Siz bizim "Sukhoi" təyyarəmizi və hərbi texnikamızı, eləcə də "БраМос" raketimizi istehsal edirsiz" - deyə o, vurğulayıb.
Kremlin mətbuat xidməti Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 11 dekabr 2014-cü ildə Hindistana rəsmi səfər edəcəyini açıqlayıb. Səfər Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş tutacaq.
Mənbə:> ANSPRESS