Putinin böyük Türkiyə ümidi
Rusiya prezidenti Vladimir Putin dekabr ayında gerçəkləşəcək Türkiyə səfərinə böyük ümidlə baxdığını bildirib.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Kremldə xarici səfirləri qəbul edən zaman deyib: “Türkiyəyə yeni üfiqlər axtarmağa gəlirəm”.
Tədbirdə Türkiyənin Moskvadakı səfiri Ümid Yardım da olub. Qeyd edək ki, Ümid Yardım MDB məkanını yaxşı tanıyır, Türkiyənin Bakıdakı səfirliyində baş katib olub.
Putin görüşdə deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə aramızda çox yaxın dialoq mövcuddur. Dekabr ayında Türkiyədə keçiriləcək Üst Səviyyə Əməkdaşlıq Şurası (ÜDİK) konfransı üçün Ankaraya gələndə əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün birlikdə yeni üfiqlər arayacağıq".
Mənbə:> ANSPRESS