Putin Pekini silahlandırır
Çin hava hücumundan müdafiə sistemini möhkəmləndirmək üçün Rusiyadan "Triumf" adlı S-400 zenit raketlərinin alınmasına dair müqavilə imzalayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə "Rosoboroneksport" müəssisəsinin baş direktoru Anatoli İsaykin bildirib.
O, müqavilənin detallarını açmaq istəmədiyini söyləyib: "Həqiqətən Pekin 2014-cü ilin sentyabrında dörd ədəd S-400-ün alınması barədə müqavilə bağladı. Çin həqiqətən Rusiyanın yeni hava hücumundan müdafiə sisteminin ilki alıcısı oldu. Bu, bizim münasibətlərimizin strateji səviyyəsinə uyğundur. Çox ölkələr S-400-ü əldə etmək istəyir. Biz istehsalın genişləndirilməsini istəyirik. Nəzərə alaq ki, bu sistemi dərhal bir neçə ölkəyə vermək çətindir. Bu planda Çin birinci qaranquş oldu."
A.İsaykin "Rusiya müəssisələri Koreya Xalq Respublikası müəssisələri ilə kooperasiyaya daxil olmaqdan qorxmurmu" sualına cavabında vurğulayıb ki, Rusiya tərəfi Koreya Xalq Respublikasının xeyrinə yox, öz maraqlarına işləyir.
Xatırladaq ki, "Triumf" S-400 çoxkanallı zenit-raket sistemidir və bir saniyədə 4800 metrə qədər maksimal surətlə təyyarələri, vertolyotlari, pilotsuz uçucu aparatlarını, qanadlı raketləri və taktik ballistik raketlər daxil olmaqla hava hücumunun bütün mövcud vasitələrini vurmaq gücündədir. S-400 raketləri 2007-ci ilin aprelində hərbi silah siyahısına qaxil edilib. İndi Rusiyada doqquz zenit-raket alayı mövcuddur.
Mənbə:> ANSPRESS