Putin raketləri Qərbə tuşlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Putin raketləri Qərbə tuşlayıb

Putin raketləri Qərbə tuşlayıb


"Əgər Danimarka NATO-nun raketdən müdafiə sipərinə qoşularsa, Rusiya nüvə raketlərini bu ölkənin gəmilərinə yönəldəcək".

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin bildirib.

O, “Jyllands-Posten” qəzetinə müsahibəsində deyib ki, danimarkalılar bu proqrama qoşulmağın onlar üçün mümkün nəticələrini lazımınca təsəvvür etmirlər: "Əgər, bu, baş verərsə, Danimarkanın hərbi gəmiləri Rusiyanın nüvə raketləri üçün hədəf olacaq. Danimarka Rusiyaya qarşı hədənin bir hissəsinə çevrilə bilər və onun Rusiya ilə münasibətləri tamamilə pozular. Rusiya sözü gedən sipəri yarmağa qabil raketlərə malikdir.”

Danimarkanın xarici işlər naziri Martin Lidegaard bu bəyanatı hədə adlandırıb və bunun yolverilməz olduğunu açıqlayıb: "Rusiyanın bəyanatı qəbulolunmazdır. Rusiya NATO sipərinin onu hədəfləmədiyini yaxşı bilir."

NATO-nun nümayəndəsi Oana Lungescu deyib ki, Moskvanın bəyanatı sülhə xidmət etmir. Danimarkanın raketdən müdafiə sipəri İran kimi ölkələrdən gələn raket təhlükəsini önləmək məqsədi güdür. Danimarka şimal alyansının sədaqətli üzvüdür və müttəfiqlər onu müdafiə etməyə hazırdır: "NATO-nun raketdən müdafiə sipəri Rusiyaya qarşı deyil, bütün raket hədələrinə qarşı yönəlib. Bu sistemin yaradılması barədə qərar çoxdan qəbul edilib və ona görə də indi səfirin bəyanatının vaxtı və tonu başa düşülmür."

NATO komandanı, ABŞ-ın Hərbi Hava Qüvvələri generalı Filip Breedlove bazar günü Brüsseldə keçirilən konfransa bildirib ki, Moskvanın hədələri sipərə qoşulan ölkələrə qarşı kampaniyada yeni mərhələdir. Rusiya eyni hədələri vaxtilə Rumıniya və Polşaya qarşı da səsləndirib. Görünür, gələcəkdə də bu sistemə qoşulmaq istəyən ölkələr eyni siyasi təzyiqlərlə üzləşəcəklər.

Xatırladaq ki, Danimarka ötən ilin avqustunda özünə aid bəzi hərbi gəmilərin radarlarını raketdən müdafiə sisteminin xidmətinə təhvil verəcəyini elan edib. Moskva isə bu sistemin yaradılmasına etiraz edir və bildirir ki, bu sipər onun özünü, nüvə cəbbəxanası baxımından Qərblə qeyri-bərabər vəziyyətə salacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *