Yeni Türk-Çin gücü yaranır
Türkiyə və Çin hava hücumundan qorunmaq üçün birgə raket əleyhinə müdafiə sistemi (RƏM) yaratmağı planlaşdırır.
ANS PRESS-in məlumatına görə, bu barədə KİV-lərə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirilib.
O deyib ki, raket əleyhinə müdafiə sistemi NATO sisteminə birləşdirilməyəcək.
Ümumiyyətlə, 2013-cü ildə Türkiyə hava hücumundan müdafiə sənayesi üzrə lazımı avadanlığın Çinin CPMIEC şirkətindən alınacağını elan edib. Elan olunmuş müsabiqayə əsasən, Çin şirkətindən beş il müddətinə 12 zenit-raket kompleksi alınacaq.
KİV-in yazdığına görə, həmin tenderdə həmçinin ABŞ-da iştirak edib və uduzub.
ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone deyib ki, bu addım Türkiyə-ABŞ münasibətlərində gərginliyin yaranmasına gətirib çıxaracaq.
Xatırladaq ki, CPMIEC şirkəti Vaşinqtonun rəsmən sanksiyalar siyahısındadır.
Mənbə:> ANSPRESS