İrana yeni sanksiyalar
Məhkəmənin hökmünə baxmayaraq Avropa İttifaqı, İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib.
ANS PRESS-in məlumatına görə, qurumun sanksiyaları İranın altılıqla nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir.
Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib.
Qeyd edək ki, bu ilin yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.
Mənbə:> ANSPRESS