Rusun Avropaya böyük zərbəsi » AzNews.info -Xəbər portalı

Rusun Avropaya böyük zərbəsi

Rusun Avropaya böyük zərbəsi


Rusiya əleyhinə sanksiyalar üzündən Avropa Birliyi (AB) 21 milyard avro pul itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo bildirib.

“Sanksiyalar hamıya xeyli zərər vurub. İndiyə kimi Avropa Birliyi öz ixracatının düşməsi üzündən 21 milyard avro itirib”, - deyə Xose Manuel Qarsia-Marqalyo vurğulayır.

Hazırda Rusiya Federasiyasına qarşı ABŞ, AB, Norveç, Yaponiya, Avstraliya və Kanada tərəfindən iqtisadi sanksiyalar tətbiq edilir. Rusiyanın bank sektoruna qarşı məhdudiyyətlər tətbiq edilir. Rusiya kredit təşkilatları xarici maliyyə bazarlarından vəsait cəlb edə bilmirlər.

Sanksiyalar Rusiyanın neft sektoruna – “Rosneft”, “Transneft”, “Qazprom”, “Qazprom neft”, “Lukoyl”, “Surqutnefteqaz” şirkətlərinə də qarşı tətbiq edilir. ABŞ və Avropa şirkətlərinə Rusiyanın neft hasilatı layihələrinə əmtəə və texnologiya ixracatı qadağan edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *