Rusiya bombardmançıları qorxu saçdı
Britaniyanın hava məkanında iki Rusiya bombardmançı təyyarə aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya təyyarələri Böyük Britaniyanın hava məkanının sərhədini pozub.
Təyyarələrin Britaniya hava məkanını pozmasının səbəbləri dəqiqləşdirilir. Hadisədən dərhal sonra həyəcan siqnalı ilə ölkənin Hərbi Hava Qüvvələrlərinin iki Typhoon qırıcısı havaya qaldırılıb.
Qeyd edək ki, bir müddət öncə anoloji hadisə Latviyada baş verib. Baltik dənizinin üzərində Rusiyanın İL-20 kəşfiyyatçı təyyarəsinin görünməsindən sonra NATO-nun həyəcan siqnalı ilə Typhoon qırıcıları havaya qaldırılıb.
Ehtimal edilir ki, Rusiyanın hərbi təyyarələri NATO-nun reaksiyasını yoxlamaq və döyüş şəraitini imitasiya etmək məqsədilə Avropanın hava məkanında uçuşlarını artırıb.
Bununla bərabər Rusiya pilotları aviadispetçerlərlə əlaqəyə girmir. Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər tez-tez yayılır.
Mənbə:> ANSPRESS