Azərbaycan hərbi gəmiləri Rusiyaya keçdi – FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri “Xəzər Dənizi-2015” beynəlxalq dəniz biatlonunda iştirak etmək üçün Rusiyanın Mahaçqala limanına gedib.
ANS PRESS xəbər verir ki, bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus iki ədəd 205 layihəli gözətçi gəmisi və yedək gəmisi iyulun 28-də Mahaçqala limanına daxil olub.
Azərbaycan dənizçilərini Rusiyanın Xəzər flotiliyasının kiçik “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri qarşılayıb.
Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri avqustun 3-dən 15-dək Rusiyada olacaqlar.
Qarşılanma mərasimindın sona sonra üç Xəzəryanı ölkədən (Rusiya, Qazaxıstan və Azərbaycan) biatlona qatılan şəxsi heyət dəniz poliqonlarına "Dağıstan" raket gəmisində şturman yürüşünə çıxıblar.
Müsabiqənin başlanğıcına qədər ekipajlara dəniz akvatoriyasının şəraitinin öyrənilməsi və döyüş tapşırıqlarının icrası ilə bağlı detalların hazırlanması, yarışların keçirildiyi rayona müstəqil çıxmaq imkanı veriləcək.
“Xəzər Dənizi-2015” biatlonuna Rusiya, Azərbaycan və Qazaxıstanla yanaşı Çinin dəniz piyadaçıları da qatılacaq.
Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev bildirib ki, Azərbaycan bu il ilk dəfə olaraq Rusiyada keçirilən beynəlxalq hərbi idman oyunlarında iştirak edir.
Hərbi idman oyunlarının yalnız bir elementinə “Xəzər Dənizi-2015” biatlonuna qatılan Azərbaycan hərbçiləri burada öz gəmiləri ilə iştirak edəcəklər.
Hərbi attaşenin sözlərinə görə, oyunların açılışına Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da qatılacaq.
Mənbə:> ANSPRESS