İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.
Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və şəxsi heyətlə görüşüb.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.
Mənbə:> AzərTAc