Azərbaycanlıları Rusiyaya keçirmək istəyən ukraynalı saxlanıldı
Həmvətənlərimizin sərhədi keçmək cəhdi uğursuz oldu.
Rusiya sərhədinə doğru hərəkət edən “VAZ” avtomobilində Luqanşina postlarının birində sərhədçilər tərəfindən yoxlama aparılıb.
Oxu.Az Ukraynanın KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlər Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Yoxlama zamanı avtomobilin sükanı arxasında yerli sakin, bundan başqa isə maşında iki Azərbaycan vətəndaşının olduğu aşkar edilib.
Müəyyən edilib ki, Ukrayna vətəndaşı bu “səfəri” Rusiya vətəndaşı ilə bərabər təşkil edib və buna görə 10 min rus rublu almalı idi. Bundan başqa, azərbaycanlıların Ukraynaya qanuni yol ilə gəldikləri müəyyən edilib.
Daha sonradan Azərbaycan vətəndaşlarından birinin Rusiyadan deportasiya edildiyi və bu səbəbdən də bu ölkəyə Belarus və Moldovadan keçmək üçün üsullar axtarmağa başlayıb. Amma o, heç Ukraynadan da Rusiyaya keçə bilməyib.
Mənbə:> Oxu.Az