100 azərbaycanlı Ukrayna vətəndaşı oldu
İlin əvvəlindən təqribən 1000 rusiyalı Ukrayna vətəndaşı olub.
Oxu.Az xəbər verir ki, bu barədə “UNN” xəbər saytının sorğusuna cavab olaraq Ukraynanın Dövlət Miqrasiya Xidməti məlumat verib.
“2015-ci ilin altı ayı ərzində sadələşdirilmiş qaydada 1921 şəxs Ukrayna vətəndaşlığı alıb”, - qurumdan deyilib.
Bununla yanaşı, Dövlət Xidməti bildirib ki, həmin şəxslərin 975 nəfəri Rusiya Federasiyası, 199 nəfəri Moldova, 101 nəfəri Ermənistan, 100 nəfəri isə Azərbaycandandır.
Mənbə:> Oxu.Az