Ukrayna üçün acı statistika - 6400 ölü
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində 6400-dən çox adam ölüb.
ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin son hesabatında bildirilir.
Təşkilatın bu gün yaydığı hesabata görə, ölənlərdən 626 nəfəri qadındır. Bundan başqa 15 900-dən çox adamın yaralandığı bildirilir.
Hesabata görə, bu rəqəmlər göstərildiyindən xeyli çox ola bilər.
Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır. Rəsmi Moskva isə bu ittihamı rədd edir.
Mənbə:> ANSPRESS