Poroşenko ABŞ senatoru Makkeyni özünə müşavir təyin etdi
Bu barədə Ukrayna prezidentinin mayın 14-də verdiyi sərəncamda bildirilir.
Prezident ümid edir ki, Con Makkeyn bu təyinatı qəbul edəcək və İsveçin keçmiş baş naziri Karl Bildtlə birlikdə Məsləhət Şurasının üzvü olacaq.
Ukrayna hökuməti ölkədə islahatlar aparılması və beynəlxaq dəstək qazanmaq üçün Beynəlxalq Məsləhət Şurası yaradıb. Şuraya keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili rəhbərlik edir.
Şuraya Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslundun da daxil ediləcəyi gözlənilir.
ABŞ prezidentliyinə keçmiş namizəd Con Makkeyn twitterdə Poroşenkonun təyinatını özünə şərəf saydığını yazıb, amma qeyd edib ki, bunu ilk növbədə Senat təsdiqləməlidir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.
Mənbə:> Virtualaz.org