Slovakiyanın keçmiş baş naziri Poroşenkonun müşaviri olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Slovakiyanın keçmiş baş naziri Poroşenkonun müşaviri olacaq

Slovakiyanın keçmiş baş naziri Poroşenkonun müşaviri olacaq


Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda Ukrayna rəhbəri Pyotr Poroşenkonun prezident müşaviri olmaq təklifini qəbul edib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Mikulaş Dzurinda “Qromadske TV” telekanalının efirində bildirib.

“...Ümid edirəm ki, mənim təcrübəm sizin ölkə üçün faydalı olacaq. Ölkələrimiz arasında fərqlər olsa da, islahatlarda xeyli oxşarlıq var”, deyə Dzurinda bildirib və Ukraynada hakimiyyətin və pul axınının mərkəzləşdirilməsi istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.

Dzurinda həmçinin sərmayəçilərin ölkəyə cəlb olunması üçün lazımi qanunların qəbul edilməsinin vacib addım olduğunu qeyd edib.

Qeyd edək ki, Ukrayna hökumətində artıq üç əcnəbi təmsil olunub. Bunlar maliyyə naziri Natalya Yaresko (ABŞ), səhiyyə naziri Aleksandr Kvitaşvili (Gürcüstan) və iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçusdur (Litva). Poroşenkonun xüsusi fərmanı ilə onlara Ukrayna vətəndaşlığı verilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *