Ukraynada koalisiya yaradılır
Ukrayna parlamentinə seçkilərdə ən çox səs toplayan qərbyönümlü partiyalar koalisiya danışıqlarına başlayıblar. Yeni hökumətin qarşısında duran vəzifə ölkənin şərqindəki separatçıları sakitləşdirməkdir.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun blokundan Yuri Lutsenko bildirib ki, danışıqlara artıq başlanılıb.
Xatırladaq ki, oktyabrın 26-da keçirilən seçkidə Ukrayna prezidenti Petro Poroşenkonun bloku 21,5%, baş nazir Arseniy Yatsenyukun "Xalq Cəbhəsi" partiyası isə 21,9% səs toplayıb. Avropaya meylli "Samopomiç" ("Özünəyardım") partiyası 11%-lə 3-cü yeri tutub. Kreml yönümlü "Müxalifət bloku" 10%, populist radikal partiya 7%-dən bir qədər artıq, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" partiyası isə 5-6% səs toplayıb. 4% səs toplayan millətçi "Svoboda" partiyası isə parlamentdə yer tutmaq üçün 5%-lik həddi keçə bilməyib.
Mənbə:> ANSPRESS