Ukraynada seçkilərdi
Ukraynada Ali Radasına növbədənkənar parlament seçkiləri keçirilir.
ANS PRESS-in məlumatına görə, Ukrayna qanunvericiliyinə əsasən, seçki məntəqələri yerli vaxtla 08:00-dan 20:00-dək açıq olacaq.
Seçkilərdə 29 siyasi partiya iştirak edir. Ali Radaya deputatların yarısı majoritar (213), yarısı isə proporsional (225) sistemlə seçiləcək. Ukrayna Mərkəzi Seçki Komitəsi 6 mindən çox deputatın namizədliyini təsdiqləyib.
Ukrayna prezidenti Pyotr Poroşenko növbədənkənar seçkilərin elan edilməsi zərurətini ölkədə indiki parlamentin iş bacarığının zəif olması və seçicilərin siyasi mövqeyinə deputat korpusunun mövcud tərkibinin uyğun gəlməməsi ilə izah edib.
Seçki məntəqələri Donetsk və Luqansk ərazilərində, eləcə də Krımın ilhaq edilmiş hissəsində baş tutmayacaq. Ukrayna Mərkəzi Seçki Komitəsinə görə, 21 seçki dairəsi olan Donetsk Vilayətindən 9 məntəqədə və 11 seçki dairəsi olan Luqansk şəhərindən isə 6 məntəqədə seçkilər baş tutmayacaq.
Bu o deməkdir ki, seçkilərdə 3 mln. nəfərə yaxın ölkənin şərqindən, 1,8 mln. nəfər isə Krımdan iştirak edə bilməyəcək.
Qeyd edək ki, Ukraynada 35 milyondan artıq seçici qeydiyyata alınıb.
Mənbə:> ANSPRESS