Ukraynada 107 hərbçi öldürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Ukraynada 107 hərbçi öldürülüb

Ukraynada 107 hərbçi öldürülüb


Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk şəhəri yaxınlığında gedən döyüşlərdə 107 hərbçi itirib.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeri Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.

“Güman ki, cəsədlərin tanınması davam edəcək, lakin bu günə olan rəqəm 107-dir. Biz ən yaxşı vətənpərvərlərimizi itirdik”, deyə o bildirib.

Xatırladaq ki, avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və könüllülərin bir neçə batalyonu İlovaysk yaxınlığında mühasirəyə düşüb. Baş prokuror Vitali Yarema sentyabrın 10-da o zaman azı 200 nəfərin həlak olduğunu bildirib.

Həmin hadisələrin araşdırılması məqsədi ilə Ali Rada müvəqqəti istintaq komissiyası yaradıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *