Ukraynada atəşkəs pozuldu
Ukraynanın şərqində atəşkəs yenidən pozulub.
ANS PRESS-in məlumatına görə, rusiyapərəst yaraqlıların Mariupol şəhərinə atdığı atəş nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Ukrayna mediasının verdiyi məlumata görə, həmin şəxslər avtomobildə olarkən artilleriya atəşi altına düşüblər.
Separatçılar da öz növbəsində hökümət qüvvələrini atəşkəsin pozmaqda ittiham ediblər.
BBC-nin verdiyi məlumata görə, bu gün Donetsk ətrafında da atə.kəs pozulub. Separatçılar hökümət qüvvələrinin nəzarətində olan hava limanına hücum ediblər.
Qeyd edək ki, sentyabrın 5-də Ukrayna hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalanıb.
Mənbə:> ANSPRESS