Rusiya təcili atəşkəsə çağırır
"Ukraynada təcili atəskəs bazar ertəsi danışıqların əsas mövzusu olmalıdır"
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
ANS PRESS-in məlumatına görə, Ukrayna və Rusiya rəsmiləri Belarus paytaxtı Minskdə separatçı döyüşçülər və beynəlxalq nəzarətçilərlə danışıqlar aparacaq. Minskdə Vasitəçi Qrupunun görüşündə ATƏT-in nümayəndələri də iştirak edəcək.
Maraqlıdır ki, Ukrayna torpaqlarına keçən Rusiyanın rəsmi nümayəndəsi belə bir fikir səsləndirib: "Ukrayna qoşunları mülki xalqa ziyan verəcək mövqeləri tərk etməlidir".
Separatçılar son günlərdə Luqansk, Donetsk və Mariupol limanı ətrafında Ukrayna torpaqlarını zəbt etməkdə davam edir.
Mənbə:> ANSPRESS