Müharibə yeni mərhələdə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Müharibə yeni mərhələdə – VİDEO+FOTO

Müharibə yeni mərhələdə


Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir.

ANS PRESS-in məlumatına görə, Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir.

İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdilər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Saur-Moqila ərazilərində separatçıların hərbi uğurları haqda məlumatları Kiyev təkzib etsə də vəziyyətin ağır olduğunu etiraf olunur. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma başlayıblar. Kiyev hücumun dəf olunduğunu bildirsə də separatçılar sərhəd zolağında Ukrayna kəndlərinin ələ keçirildiyini iddia edirlər.

Müharibə yeni mərhələdə


Avqustun 27-də Ukrayna Rusiya qoşunlarının öz ərazisinə soxulmasını bəyan etdi. Prezident Petro Poroşenko bildirdi ki, Donetsk vilayətinin Amvrosievka, Starobeşevo və Novoazovsk yaşayaış məntəqələrinə Rusiya ərazisində hərbi hücumlar həyata keçirilib. Azov dənizi sahilində, Rusiya ilə sərhəddə yerləşən sonuncu şəhər hazırda hərbi əməliyyatlar gedən ərazidən 100 km aralıdadır. Sosial mediada yayılan bu videonun həmin şəhərdə, Novoazovskda çəkildiyi bildirlir. Videonu çəkənin çeçen əsilli olduğu ehtimal edilir. Onun söhbət etdiyi digər əsgərlər də, çeçen dilində danışırlar.



Separatçı Donetsk xalq respublikası rejiminin başçısı etiraf edib ki, Ukraynada 4000-ə qədər Rusiya hərbçisi döyüşür. Brüsseldə bəyanat verən NATO nümayəndəsi deyir ki, 1000 nəfərə yaxın rus hərbçisi var. İlovaysk şəhərində mühasirəyə düşən Ukrayna könüllülər batalyonunun komandiri, arxadan onlara qarşı 2 Rusiya alayının hücum etdiyini bildirir. Rəqəmlər müxtəlifdir, lakin müharibə uzandıqca Rusiyanın Ukraynaya hərbi müdaxiləsini göstərən faktların sayı artır. Kiyevdə artıq hər şeyə öz adını vermək, Rusiya ilə bütün diplomatik münasibətləri pozub, qonşu ölkə ilə müharibə aparan tərəf kimi davranmaq çağırışı səslənir.



Ukrayna Təhlküəsizlik və Müdafiə şurasının yaydığı xəritədə ilk dəfə olaraq ancaq göy rəngli oxlar görünür. Göy rəng separatçıların hücumlarıdır. Buradan görünür ki, hücumlar Rusiya ərazisindən gəlir. Hərbçilərin nümayəndəsi Lısenko bu gün təsdiq edib ki, Novoazovsk şəhəri rusların əlinə keçib. "Orada Rusiya ordusunun hərbi texnikası var" deyib. Başqa bir istiqamətdə - Saur-Moqila yüksəkliyinin kimin əlində olduğu hələ də bilinmir. Sosial mediada strateji əhəmiyyəti olan bu yüksəklikdə separatçıların fotoları yayılsa da, onların nə vaxt çəkildiyi bilinmir. Bu yüksəklik uzun müddət Rusiyameylli qüvvələrin əlində idi. İlovaysk şəhərində separatçıların mühasirəsində olan Donbass və Dnepr könüllər batalyonunun aqibəti haqda dəqiq xəbər yoxdur. Onlar müdafiə olunduqlarını bildirsələr də qüvvələrinin tükəndiyini deyirlər. Ukrayna ordusunun həmin istiqamətdə kömək göndərmək imkanları məhdudlaşıb. Rusiya sərhəddinə yaxın olan bu əraziyə Rusiyadan gələn yeni hərbi hissələrin yeridildiyi bildirilir.

Müharibə yeni mərhələdə


Bu günlərdə Ukrayna ordusu Rusiya desantçılarını əsir alıb. Ukrayna ərazisinə keçən bu hərbçilər deyirlər ki, Kostromada yerləşən hərbi desant qoşunlarında xidmət edilər. Onları hərbi təlim adı altında Rostov vilayətində gətirəndən sonra, ara yollarla Ukrayna ərazisinə göndəriblər. Rusiya prezidenti Putin Minsk sammitində Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi haqda xəbərləri təkzib edərək deyib ki, ola bilər, hansısa bölmə yolu azaraq qonşu ölkəyə keçsin, lakin Rusiya hərbi komandanlığının Ukraynaya hərbçi göndərmək haqda əmri yoxdur. Desantçıların valideynləri öz övladlarının mediada görəndən sonra Rusiyanın siyasi rəhbərliyini ittiham etməyə başlayıblar. Kostormada Azadliq Radiosunun Rusiya xidmətinin əməkdaşları ilə söhbətdə bir qrup əsgər valideyni bildiriblər ki, rəsmilər onları inandırmağa çalışır ki, media oğullarının əsir görüntüləri saxtadır. Onlar buna inanmadıqlarının deyirlər. Rus dilində dərc olunan bu məqalədə bildirlir ki, desant qoşunlarının həlak olan əsgərləri məxfi şəkildə dəfn olunur, hərbi komandanlıq onların Ukraynada həlak olmasını inkar edir, lakin məhz hansı şəraitdə öldüklərini də izah edə bilmirlər.

Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, Donetsk vilayətinin şərqindəki Amvrosievka və Starobeşovo rayonlarına Rusiyadan gətirilmiş hərbi qüvvələr hücum edib. Yaydığı videomüraciətdə Poroşenko bildirir ki, Türkiyəyə səfərini təxirə salaraq Milli Təhlükəsizlik və müdafiə şurasının təcili iclasını çağırıb. Prezident vəziyyətin kəskinləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına və Avropa Birliyinə müraciət edəcəyini bildirib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *