Ukrayna sükuta qərq oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ukrayna sükuta qərq oldu – VİDEO

Ukrayna sükuta qərq oldu


Ukraynada parlament seçkiləri ilə əlaqədar olaraq nəzarət yüksək həddə çatdırılıb.

ANS TV-nin məlumatına görə, Ukrayna Ali Radasını bəzi siyasətçilər təhlilin və qanunun yox, gücün qərar qəbul etdirdiyi məkan adlandırır. 2013 və 2014-cü il Ali Radanın tarixinə ən qalmaqallı il kimi yazılıb. Hətta Ali Radanın büdcə iclasları da əməlli başlı əlbəyaxa davalarla yadda qalıb. Balaca bir məkanda qəbul edilən qərarlara təpiklə yumruqla öz etirazını bildirən müxtəlif siyasi partiyalar sonradan Kiyevin Azadlıq meydanını özlərinə rinq seçdilər.

Ötən ilin 22 noyabrında başlayan hadisələr sonradan Ukraynanın ərazisinin kiçilməsinə və müxtəlif şəhərlərində qızğın müharibələrin getməsinə yol açdı. Sabah isə Ukrayna yeni bir mərhələyə keçir. Səs vermə hüququna malik 34 milyon ukraynalı hansı siyasi partiyanın parlamentdə üstünlük təşkil etməsini müəyyənləşdirəcək. Tarixi əhəmiyyətə malik seçkilərdə isə 29 siyasi partiya iştirak edəcək. Rəy sorğusuna əsasən, hazırkı prezident Pyotr Poroşenkonun yaratdığı siyasi blokun seçkilərdə daha çox səs toplayacağı gözlənilir.

Baş nazir Arseniy Yatsenyukunun “Xalq Cəbhəsi” bloku da parlamentdə kifayət qədər yer ala bilər. Bu dəfə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürənlər arasında azərbaycanlılarda var. Ukrayna Mərkəzi Seçki Komissiyasının qeydə aldığı namizədlər siyahısında 1-i proporsional, 3-ü majoritar sistem olmaqla 4 azərbaycanlı var. Onlar Desyansk və Dnepropetrovsk rayonlarının bir hissəsini əhatə edən 215 saylı seçki dairəsindən namizədliyini irəli sürən Eduard Bağırov, Dnepropetrovsk rayonunun 28 saylı seçki dairəsindən namizəd olan Zaur Abbasov, 172 saylı Xarkov seçki dairəsindən namizəd kimi qeydə alınan Hicran Abdullayev və proporsional qaydada yəni Udar partiyasının üzvü olaraq namizədliyini irəli sürən Rəna Nəzərovadır. Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə azərbaycanlı namizədlərin reytinq cədvəlində aşağı pillələrdə qərarlaşdığından namizədliyini geri götürüb.

Seçkilərlə əlaqədar olaraq isə paytaxt Kiyevin küçələrində təhlükəsizlik qüvvələri əməkdaşlarının sayı artırılıb. Ukrayna Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Andrey Lısenko Ukraynada bu gün gücləndirilmiş iş rejimi olduğunu vurğuladı.

“Ukrayna polisi, xüsusi-təyinatlı dəstələr, milli qvardiya və silahlı qüvvələri gücləndirilmiş iş rejiminə keçib. Donbass müstəqil regionunda anti-terror qüvvələri terror hərəkətlərinin qarşısını almağa xüsusi diqqət yertiriləcək. Səsvermə və səslərin sayılması prosesləri zamanı seçki məntəqələrində təhlükəsizlik yüksək səviyyədə qorunacaq”- deyə Andrey Lısenko bildirib.

Bu gün isə Ukraynada sükut günüdür. Sabah bu sükut ya yaxşılığa doğru yada pisə doğru pozula bilər.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *