Müharibəyə hazırlıq gedir
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində yeni müharibəyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Poroşenkonun Donbasa maliyyə yardımının tamamilə dayandırılması barədə verdiyi sərəncama münasibət bildirərkən deyib.
Nazir bildirib ki, rəsmi Kiyevin əsas məqsədi Donbasda müharibəni alovlandırmaqdır.
"Poroşenkonun bu sərəncamı ölkənin şərqində sosial-iqtisadi vəziyyəti gərginləşdirəcək. Kiyev bununla regionu yeni müharibəyə sövq etmək istəyir. Müharibəni yenidən başlamaqla ordunu Donbasa göndərməyi planlaşdırır", deyə Lavrov bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinə maliyyə yardımının ayrılmasının qadağan edilməsi barədə göstəriş verib.
Mənbə:> ANSPRESS