Saakaşvili Ukraynadakı Şuranın rəhbəri seçildi- Poroşenko təsdiqlədi
“Qafqazinfo”nun Kommersant.ru-ya istinadən məlumatına görə, Şuranın rəhbəri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunub.
Şuraya İsveçin keçmiş xarici işlər naziri Karl Bildt, Avropa Parlamentinin xarici işlər üzrə komitə rəhbəri Elmar Brok, Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda, Litvanın baş naziri Andryus Kubilyas və digər nüfuzlu şəxslər də daxildir.
Qeyd edək ki, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili ölkə rəhbərliyi tərəfindən bir sıra cinayətlər üzrə təqsirli bilinir. Ona qarşı cinayət məcəlləsinin 4 maddəsi üzrə cinayət işi açılıb.
Mənbə:> Qafqazinfo.az