Saakaşvilidən Putinə: “Ona viza və iş verə bilərəm”
Rusiya prezidenti Vladimir Putin aqressiv fəaliyyətini dayandırdığı təqdirdə ona ABŞ-a getmək üçün işçi vizası verilə bilər.
AzNews.info anspress-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib.
“Mənim rəhbərliyim altında Vaşinqtonda institut yaradılıb və ABŞ Dövlət departamenti mənə 0-1 işçi vizası təklif edir. Lazım gələrsə Putin üçün də bu vizadan təşkil edə bilərəm. Hətta mən onu institutumuza işə götürməyə belə hazıram”- deyə Saakaşvili bildirib.
Qeyd edək ki, dekabrın 18-də keçirilən mətbuat konfransında Putin bildirib ki, Gürcüstanın yeni hakimiyyətin Mixail Saakaşviliyə təzyiqlərin artırmasında Rusiyanın əli yoxdur.
Mənbə:> ANSPRESS