Obama özünü Putinə oxşatdı
Rusiya prezidenti Vladimir Putinin ardınca, ABŞ prezidenti Barak Obama da mətbuat konfransı keçirəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Ağ Ev xəbər yayıb.
Bildirilir ki, Obamanın keçirəcəyi konfrans ilin yekunlarına həsr ediləcək. Mətbuat konfransının dekabrın 19-da keçiriləcəyi bildirilir.
AĞ Evin açıqlamasına görə, ABŞ prezidenti konfransdan sonra istirahətə gedəcək. Onun Havay adalarında dincələcəyi bildirilir.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin ilin yekunlarında dair mətbuat konfransı keçirib. Putin ölkədə rublun dəyərinin düşməsindən tutmuş regionda baş verən hadisələrə qədər jurnalistlərin suallarını cavablandırıb.
Mənbə:> ANSPRESS