Putinə qarşı 3 ölkə birləşdi
ABŞ, Yaponiya və Avstraliya Rusiyaya qarşı birgə mübarizə aparmaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama, Yaponiyanın baş naziri Sindzo Abe və Avstraliyanın baş naziri Tonni Ebbot G20 sammitində üçtərəfli görüş zamanı Rusiyaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər.
Tərəflər bəyan edib ki, onlar Krımın Ukraynaya qaytarılması, Donbasda münaqişənin dayandırılması istiqamətində birgə səy göstərəcəklər.
Qeyd edək ki, Obama G20 sammitində bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı yürütdüyü siyasətin kursunu dəyişməzsə, rəsmi Moskvaya qarşı təzyiqləri artırmaq lazımdır. Böyük Britaniyanın baş naziri Devid Kemeron da yeni sanksiyaların olacağı barədə də xəbərdarlıq edib.
Rusiya prezidenti Vladimir Putin isə sammiti vaxtından əvvəl tərk edib.
Mənbə:> ANSPRESS