İrakli Qaribaşvili yeni nazir təyin etdi
David Bakradze Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri təyin edilib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bununla bağlı müvafiq sərəncamı qonşu ölkənin baş naziri İrakli Qaribaşvili imzalayıb.
Xatırladaq ki, D. Bakradze 2008-ci ilin yanvarın 24-dən mayın 5-ə qədər xarici işlər naziri kimi çalışıb.
2008-ci ilin iyunun 7-dən 2012-ci ilin oktyabrın 21-dək Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.
Onu da qeyd edək ki, D. Bakradze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin rəhbəri olduğu “Vahid milliyyət hərəkatının” fəal üzvlərindəndir.
Qeyd edək ki, David Bakradzedən əvvəl Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri vəzifəsində Aleksi Petriaşvili çalışıb. A. Petriaşvili ötən həftə istefaya göndərilib.
Mənbə:> APA