Azərbaycanlılardan namaz etirazı
Gürcüstanın Adıgeni rayonunun Moxe kəndindəki məscidin bağlanmasına etiraz edən azərbaycanlı tələbələr aksiya keçiriblər.
ANS PRESS-in məlumatına görə, Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr dərnəyi təmsilçiləri baş nazirlik binasının qarşısında namaz qılıblar.
Gənclər köhnə məscid binasının yerində mədəniyyət mərkəzinin inşaasına etiraz ediblər. Tələbə dərnəyinin rəhbəri Samirə İsmayılova keçirdikləri aksiya ilə bağlı xəbər verib. "Bizim bu aksiyamız din qardaşlarımızla birlikdə olduğumuzu göstərir. Biz din məsələsində insanların qıcıqlandırlmamasını tələb edirik. Müsəlman gürcülər və xristianlar arasında heç bir problem olmayıb, sülh içində yaşayıblar".
Qeyd edək ki, xristianlar kənddəki məscidin yerində əvəllər kilsənin olduğunu deyir və müsəlmanların buranı məscidə çevirdiklərini deyib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə mübahisəyə səbəb olan binanın yerində mədəniyyət mərkəzi inşa ediləcəyini demişdi.
Mənbə:> ANSPRESS