Məscid çökdü: 24 ölü – FOTO
Pakistanın Lahor şəhərində məscid çöküb.
ANS PRESS-in məlumatına görə, Hanafiyyah adlı məscidin damının çökməsi zamanı 24 nəfər ölüb. Ölənlərin 15 və 35 yaş arasında olduqları məlum olub.
Pəncab əyalətində baş verən hadisə günorta namazı qılındığı əsnada baş verib. Namaz qılan təxminən 40 adam dağıntı altında qalıb.
Pakistanlı rəsmilər qəzanın səbəblərini araşdırdıqlarını bildiriblər. Hökumət dünyasını dəyişənlərin yaxınlarına 5 min dollar yardım edilməsi üçün təlimat verib.
Qeyd edək ki, Pəncab əyalətində son günlər güclü musson yağışlarının yağması bir çox evin yararsız hala düşməsinə səbəb olub. Məscidin damının çökməsinə də həddindən artıq yağış yağmasının səbəb olduğu təxmin edilir.
[/center
][center]
][center]
Mənbə:> ANSPRESS