Dəhşətli avtobus qəzası: ən az 50 ölü
Hindistanda dəhşətli avtobus qəzası baş verib.
ANS PRESS-i məlumatına görə, Hindistanın Kəşmir əyalətində çox sayda insanın ölümü ilə nəticələnən avtobus qəzası yaşanıb. Qəza əyalətin dağlıq hissəsində meydana gəlib. İçərisində ən az 50 nəfərin olduğu iddia edilən avtobus yuvarlanaraq dərin boğaza düşüb.
Sərnişinlərin sağ qalmasından ümid kəsilib.
“Hadisə şahidlərinin sözlərinə görə, avtobusda 50-60 nəfər var imiş və iki dağ arasından yuvarlanaraq boğaza düşən avtobus sel sularının arasında yoxa çıxıb.” – deyə bölgə üzrə komissiya rəhbəri Şantmanu açıqlamasında bildirib.
Qəzanın yaranmasına səbəb bölgədə yağan yağışlar səbibilə yolların sürüşkən olması göstərilir. Avtobusun axtarışları da davam edir.
Mənbə:> ANSPRESS