Saakaşvili SOCAR-ın Gürcüstanda 700 milyonluq layihəsinin dayandırılması barədə
Gürcüstan hökuməti Potidə 700 milyon avro dəyəri olan karbamid zavodunun tikintisinin dayandırılması barədə qərar qəbul edib. Mənim hökumətim bu layihə ilə bağlı 2012-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar aparıb. Zavod on minlərlə iş yeri yaratmalı və iqtisadi potensialı gücləndirməli idi. Layihə həmçinin Poti üçün xilas idi.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, SOCAR ona görə bu cür böyük investisiyalara razı oldu ki, heç kəs şirkətdən rüşvət tələb etmirdi.
“Layihə ona görə dayandırıldı ki, Gürcüstanın Energetika Nazirliyi SOCAR-dan bu zavodun nəzarət səhm paketini tələb edib. Bu marionet hökumət layihənin dayandırılması ilə bağlı nəinki narazılığı bildirdi, həmçinin qeyd etdi ki, buna baxmayaraq zavodun tikintisini istərdi.
Buradan belə nəticəyə gəlmək olur ki, hökumət nə özünün beynəlxalq öhdəlikləri, nə də yeni iş yerlərinin yaradılması barədə düşünür”, - siyasətçi qeyd edib.
Mənbə:> Oxu.Az