Rövnəq Abdullayev “Azərneftyağ”ı bağlayır
“Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.
AzNews.info xəbər verir ki, APA-Economics-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev bildirib.
SOCAR prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək:
“Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.
Mənbə:> APA-Economics