Qaz avtobusları gətirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Qaz avtobusları gətirilir

Qaz avtobusları gətirilir


Azərbaycanda avtomobillərdə yanacaq kimi qazdan istifadə olunacaq.

ANS TV-nin məlumatına görə, Azərbaycanda benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün avtomobillərdə qazdan istifadə olunacaq. Bu məqsədlə bütün ölkə ərazisində qazdoldurma stansiyaları quraşdırılacaq. Bununla bağlı ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi layihəyə başlayıb.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, gələn il Bakıya gətiriləcək avtobuslar qazla işləyəcək. Bununla əlaqədar gələn il Bakı və Bakı ətrafında 6 yeni stansiya tikiləcək.

Plana görə, ilbəil bu stansiyaların sayı artırılacaq və hər 180 kilometrdən qaz stansiyası olacaq.

Hökumətin bu addımları da təsadüfi deyil. Çünki Qaradağ Neft-Qaz Emalı və Neft Kimya kompleksində neft emalı zavodunun tikilməsi vaxtı dəyişib. Qərara alınıb ki, neft emalı zavodunun tikintisinə kompleksdəki digər müəssisələr kimi 2015-ci yox, 2023-cü ildə başlansın. Bu zavod 2030-cu ildə işə salınsın. Ləngimə qərarının səbəbi isə “Şahdəniz-2” və digər iri qaz layihələrinin də məhz bu komplekslə eyni dövrə təsadüf etməsidir. Yeni zavod açılana qədər Heydər Əliyev adına neft emalı zavoduna 1 milyard manata yaxın sərmayə yatırılaraq onun gücü ildə 3 milyon ton benzinə çatdırılacaq.

ARDNŞ-in vitse-prezidenti Tofiq Qəhrəmanovun sözlərinə görə, tamamlama işləri 2018-ci ilə kim başa çatacaq və zavod 15 il müddətində fəaliyyət göstərəcək.

Paytaxtdakı digər emal müəssisəsi- “Azərneftyağ” zavodu isə 2-3 il ərzində tamamilə ləğv ediləcək. Qaradağ Kompleksinə daxil olan Qaz emalı və kimya zavodları 2020-ci ildə işə düşməlidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *