Separatçılar 12 Ukrayna hərbçisini azad etdi – VİDEO
Ukraynanın şərqində rusiyayönümlü üsyançılar tərəfindən əsirlikdə saxalanan 12 Ukrayna hərbçisi azad edilib. Bu barədə ölkə prezidenti Petro Poroşenko “Twetter” dəki mikrobloqunda məlumat verib. Onun sözlərinə görə, hərbiçilər Donetsk, Luqansk və Krasnodon şəhərlərində azad edilib. Ötən gün daha 7 Ukrayna hərbçisi üsyançılar tərəfindən buraxılmışdı. Amma sentyabrIn 5-də tərəflər atşəkəs razıIığını imzalamasına baxmayaraq, regionda vəziyyət yenidən gərginləşib.
ANS TV-nin məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Rusiyanın Ukraynada törətdiyi əməllərini beynəlxalq qanunların pozulması kimi dəyərləndirib. BMT-nin Baş Assambleyasında çıxışı zamanı nazir qeyd edib ki, Krımın Rusiyaya birləşdirilməsi Şərq və Qərb arasındakı keçmiş gərginliyi yenidən alovlandırır.
“Hər hansı bir ölkə yox, BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvlərindən biri olan Rusiya Krımı birləşdirməklə Avropa sərhədlərini dəyişdirdi. Bu təhlükəli bir siqnaldır. Buna qarşı çıxmalıyıq. Çünki beynəlxalq hüququn daxildən aşınmasına icazə vermək olmaz”, – deyə Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT tribunasından çıxışı isə daha sərt olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi Kiyevdə özünü rəhbər elan edən qüvvələrin dövlət çevrilişinə haqq qazandırdı: “Ukrayna xalqının bir hissəsi isə buna etiraz edir və öz dilini, mədəniyyətini və tarixini qorumağa çalışırdı. Bu cür haqsızlıqlar Krım xalqını da öz taleyini həll etməyə vadar etdi. Krımın seçimi azad seçim idi”.
Lavrov, eyni zamanda, anti-İŞİD koalisiyasının Suriyaya hərbi müdaxilə etməsi məsələsinə toxunaraq koalisiya qüvvələrini Suriya hökuməti ilə əməkdaşlıq etməyə çağırıb.
Mənbə:> ANSPRESS