Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verdi
Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, müvafiq sərəncam prezidentin saytında yerləşdirilib.
“Ukrayna Konstitusiyasının 106-cı maddəsinin 26-cı bəndi və “Ukrayna vətəndaşlığı” haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq qərara alıram: Gürcüstan kökənli, 1967-ci il təvəllüdlü, Kiyevdə yaşayan Saakaşvili Mixail Ukrayna vətəndaşlığına qəbul edilsin” – sərəncamda deyilir.
Qeyd edək ki, Saakaşvilinin bir gün öncə Odessa vilayətinin qubernatoru təyin edilməsi xəbəri yayılıb. Poroşenkonun onu odessalılara şəxsən təqdim edəcəyi gözlənilir.
Mənbə:> Musavat.com