Poroşenko matəm elan etdi
Ukraynada matəm elan edildi.
ANS PRESS-in məlumatına görə, ölkə Petro Poroşenko Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 25 yanvarın ölkədə matım günü elan edilməsi haqqında fərman imzalayıb.
Ukrayna prezidentinin saytında yerləşdirilən Fərmanda deyilir: “Terrorçuların yanvarın 24-də Mariupol şəhərini intensiv atəşə tutması nəticəsində həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 25-i Ukraynada matım günü elan edilsin”.
Bundan başqa, bütün Ukrayna ərazisində Ukrayna vaxtı ilə saat 12.00-da həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Həmçinin dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər keçirilməyəcək, bu xarakterli televiziya və radio proqramları nümayiş etdirilməyəcək.
Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin yanvarın 24-də separatçılar tərəfindən “Qrad” qurğularından 67 ev, 4 orta məktəb və 3 uşaq bağçası atəşə tutulub. Nəticədə 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaqdır.
Mariupol şəhərinin yarım milyona yaxın əhalisi var. Şəhəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri, eləcə də “Azov” alayı və “Dnepr-1” batalyonu müdafiə edir.
Mənbə:> ANSPRESS