ABŞ hücumu pislədi
Amerika Birləşmiş Ştatları (ABŞ) Mariupol şəhərinin atəşə tutulmasını qınayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Dövlət katibi Con Kerri rusiyameyilli separatçıların genişmiqyaslı hücumu nəticəsində Ukraynanın Mariupol şəhərinin atəşə tutulmasını pisləyib.
Son məlumatlarda bildirilir ki, ötən gün səhər saatlarında separatçıların Mariupol şəhərini yaylım atəşlə vurması ilə 30 nəfər ölüb, 102 nəfər yaralanıb.
Baş Qərargahın açıqlamasında isə Ukrayna Silahlı Qüvvələri bölmələrinin Mariupolun müdafiəsinin gücləndirilməsi üçün bütün gücünü səfərbər etdiyi qeyd edilir.
Mənbə:> ANSPRESS