6 Ukrayna əsgəri öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

6 Ukrayna əsgəri öldürüldü

6 Ukrayna əsgəri öldürüldü


Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında baş verən atışmada 6 əsgər öldürülüb.

ANS PRESS-in məlumatına görə, atışma zamanı daha 10 əsgər isə yaralanıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından verilən açıqlamada bildirilir ki, tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq, separatçılar son 24 saatda 37 dəfə atəşkəsi pozub.

Separatçıların Qranitnoe, Nikolayevka, Starognatovka, Pavlopol, Slavyanoserbsk, Novoaydarovsk və Popastnaya qəsəbələrinə silahlı hücumlar təşkil etdiyi bildirilir. Həmçinin Donetsk hava limanı ilə Luqansk və Donetsk arasındakı dəmiryolu və quru yolu üstündə yerləşən strateji əhəmiyyət daşıyan Debaltsevo qəsəbəsi yaxınlığındakı mövqelər də hücuma məruz qalıb.

Ukrayna tərəfi separatçıların hücumların baxmayaraq, Donetsk hava limanı ilə Debaltsevo qəsəbəsinə nəzarətin ordu qüvvələrində olduğunu bəyan edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *