Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5 milyon 761,2 min nəfər olub.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Komitənin məlumatına görə, onların 66,3%-İ Azərbaycanın, 10,4%-i Rusiya, 10,1%-i Gürcüstan, 5,2%-i Türkiyə, 2,5%-i İran, 0,9%-i Ukrayna, 0,7%-i Birləşmiş Krallıq, 0,4%-i Qazaxıstan, 0,3%-i Özbəkistan, 0,3%-i Almaniya, 0,2%-i Amerika Birləşmiş Ştatları, 0,2%-i İtaliya, 0,2% Belarus və 2,3%-i digər ölkələrin vətəndaşlarıdır.
Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub.
Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan,148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.
Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9%, 29,1%-, 15,2% və 7,5% təşkil edib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya Respublikası, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.
2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 919,2 min nəfər olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli