MERS 19 nəfəri öldürdü
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 19-a çatıb.
ANS PRESS-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan sonuncu ölüm halı Cənubi Koreyanın Pusan şəhərində qeydə alınmışdı.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 19-a çatıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi dörd nəfərin də virusa yoluxması barədə məlumat yayıb. Beləliklə MERS-dən əziyyət çəkənlərin sayı 154 nəfər olub.
Nəticədə Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 149 nəfər təşkil edib.
Mənbə:> ANSPRESS