Bank müştərilərinin sayı açıqlandı
2015-ci ilin iyunun 1-nə olan məlumata görə, bank müştərilərinin sayı 5 milyon 348 min 165 nəfər olub.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 3,9% və ya 202,136 nəfər, bir ildə isə 15,2% və ya 707,356 nəfər artım deməkdir.
AMB bildirir ki, 5 milyon 348 min 165 nəfər bank müştərisinin 5 milyon 242 min 157 nəfəri fiziki şəxslər, 173 090 sahibkarlıqla məşğul olanlar, 106 008 nəfəri isə hüquqi şəxslər olub.
Məlumatda görünür ki, hesabat dövrü ərzində bank müştəriləri arasında fiziki şəxslər üstünlük təşkil edib.
Bankın məlumatına görə, bank müştərilərinin sayında ən yüksək artım ötən ilin dekabrın 1-də müşahidə olunub. 5 milyon 356 min 242 nəfər.
Bundan əlavə, müştəri hesablarından cari hesablar 11 milyon 393 min 849 ədəd, depozit hesabları 425 175 ədəd, kredit hesabları isə 3 milyon 129 min 415 ədəd olub.
Ümumilikdə müştəri hesablarınnın sayı isə 14 milyon 948 min 439 ədəd olub.
Qeyd edək ki, depozit hesabları bir ayda 5 min 654 ədəd və ya 1,3% artıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli