Azərbaycanda zərərlə işləyən bankların sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə işləyib.
ANS PRESS-in məlumatına görə, bu haqda Mərkəzi Bank xəbər yayıb.
Xəbərdə deyilir ki, zərərlə işləyən bankların sayının 8 olduğu deyilir.
2014-cü ilin yanvar-iyul ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 292.82 milyon manat, zərərlə işləyən banklar üzrə bank sektorunun xalis zərəri isə 38.45 milyon manat təşkil edib.
Nəticədə bank sisteminin yekun xalis mənfəəti 254.37 milyon manat təşkil edib, bu da 2013-cü ilin iyul ayı ilə müqayisədə 49,71 milyon manat və ya təxminən 24,2 faiz çoxdur.
Mənbə:> ANSPRESS