Azərbaycanda nə qədər kredit kartı var? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda nə qədər kredit kartı var?

Azərbaycanda nə qədər kredit kartı var?


2015-ci ilin fevralın 1-nə olan statistik məlumata görə, ölkədə ümumilikdə dövriyyədə olan ödəniş kartlarının sayı bir ay ərzində 53 min ədəd artaraq (2015-ci ilin yanvar ayı ilə, 2014-cü ilin dekabr ayının müqayisəsi) 6 milyon 018 min ədəd təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş statistik hesabatda deyilir.

Məlumata görə, kartların ümumi sayından 4 milyon 697 min ədədi debet kartları, o cümlədən 2 milyon 441 min ədədi sosial kartlar, 1 milyon 438 min ədədi əmək haqqı kartları, 818 min ədədi isə digər debet kartlarının payına düşüb. 1 milyon 322 min ədədi isə kredit kartları təşkil edib.

Hesabat dövrü ərzində kredit kartları vasitəsilə əməliyyatların sayı 1 milyon 646 min ədəd təşkil edib, həyata keçirilən əməliyyatların həcmi isə 214 milyon manat olub. Məlumat üçün bildirək ki, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə isə kredit kartları vasitəsilə əməliyyatların sayı 1 milyon 771 min ədəd, həyata keçirilən əməliyyatların həcmi isə 245 milyon manat olub.

Beləliklə, bir ay ərzində kredit kartlarının sayı artsa da, aparılan əməliyyatların sayı və həcmi isə azalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *