Azərbaycanda bu qədər ipoteka kreditləri verilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bu qədər ipoteka kreditləri verilib

Azərbaycanda bu qədər ipoteka kreditləri verilib


Ötən il Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərin 32,8 faizi dövlət sektorunda işləyən vətəndaşların payına düşür.

ANS PRESS-in məlumatına görə, bu barədə AİF-in 2014-cü ilin yekunu üzrə statistik hesabatında deyilir.

Verilən kreditlərin ümumi həcminin 29,6 faizi özəl müəssisə və firma işçilərinin, 23,8 faizi maliyyə sektorunun əməkdaşlarının, 13,8 faizi isə iqtisadiyyatın neft sektorunda məşğul olan işçilərin payına düşüb.

2014-cü ildə AİF-in xətti üzrə 134,45 milyon məbləğində kredit verilib ki, bu da mənzil maliyyələşdirilməsinin ümumi həcmini 633,28 milyon manatadək çatdırmağa imkan verib. İpoteka krediti almış borcalanların ümumi sayı 15 842 nəfərə çatıb.

Bankların daha əvvəl verdiyi kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 2015-ci ilin əvvəlinə 557,37 milyon manat təşkil edib.

Dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsinə cəmi 216 milyon manat ayrılıb. 2015-cü il yanvarın 1-nə olan məlumata görə, güzəştli əsaslarla 130,2 milyon manat dəyərində 3520 kredit verilib.

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, AİF-in xətti ilə adi ipoteka çərçivəsində 435,2 milyon manat məbləğində kredit verilib. Adi ipoteka ipotela istiqrazlarının yerləşdirilməsindən cəlb edilmiş vəsaitlərdən təqdim edilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *