Nəqliyyat sektorunda 145 milyon tondan çox qeyri-neft yükləri daşınıb
Yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 202,6 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çox yük daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,3 faiz artaraq 145,1 milyon tona çatıb.
AzNews.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, yük daşımalarının 58,1 faizi avtomobil nəqliyyatı, 27,6 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,5 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.
Mənbə:> AzərTAc