Azərbaycanda milyard manatlıq xidmət
İnformasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 milyon manatlıq xidmət göstərilib.
ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5 faiz çox olub.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,2 faizi mobil telefon operatorlarının payına düşüb.
Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 595 milyon manat təşkil edib.
Mənbə:> ANSPRESS